Вернуться назад Распечатать

ABŞ və İran arasında kövrək atəşkəs danışıqlar ərəfəsində daha da gərginləşib

ABŞ və İran arasında kövrək atəşkəs danışıqlar ərəfəsində daha da gərginləşib.

1xeber.media xəbər verri ki,Reuters-in məlumatına görə, Pakistanın vasitəçiliyi ilə əldə olunan iki həftəlik atəşkəs razılaşması artıq ciddi təzyiq altındadır . Vaşinqton Tehranı Hörmüz boğazı ilə bağlı öhdəlikləri pozmaqda ittiham edir, İran isə İsrailin Livana davam edən zərbələrini əsas problem kimi göstərir.
Hazırda Hörmüz boğazında vəziyyət dəyişməz olaraq qalır - faktiki blokada davam edir və bu, qlobal enerji təchizatında görünməmiş pozuntulara səbəb olub. Müharibədən əvvəl gündə təxminən 140 gəminin keçdiyi boğazdan atəşkəsin ilk 24 saatında cəmi bir neft tankeri və bir neçə yük gəmisi keçə bilib.
ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə İranı sərt tənqid edərək bildirib ki, Tehran neftin boğazdan keçidinə imkan verməkdə “çox pis iş görür” və bu, əldə olunmuş razılaşmaya uyğun deyil.
Eyni zamanda, İsrail-Livan istiqamətində də vəziyyət gərgin olaraq qalır. İsrail ordusu Livanda raket buraxılış qurğularına zərbələr endirdiyini açıqlayıb. Buna cavab olaraq, İranla əlaqəli “Hizbullah” qruplaşması İsrail ərazisinə raket atıb, lakin hücumun qarşısı alınıb.
Əsas fikir ayrılıqlarından biri də atəşkəsin Livanı əhatə edib-etməməsidir. ABŞ və İsrail bunun razılaşmaya daxil olmadığını bildirir, İran isə Livanın və regiondakı müttəfiqlərinin bu razılaşmanın ayrılmaz hissəsi olduğunu vurğulayır.
Bütün bu gərginlik fonunda şənbə günü Pakistanda ABŞ və İran nümayəndələri arasında ilk rəsmi danışıqların keçirilməsi planlaşdırılır. Analitiklər hesab edir ki, bu görüşlər münaqişənin gələcək istiqamətini müəyyən edə bilər, lakin hazırkı vəziyyət kompromisə nail olmağın asan olmayacağını göstərir.