Вернуться назад Распечатать

Hanzala haker qrupu ABŞ -yə qarşı kiberhücumları dayandırdı

İranın Kəşfiyyat və Təhlükəsizlik (ETTELAAT) Nazirliyi ilə əlaqəli Hanzala haker qrupu, elan edilmiş atəşkəs müddətində ABŞ-yə qarşı kiberhücumları müvəqqəti olaraq dayandırdığını açıqlayıb.

1xeber.media xəbər verir ki,NBC News-un məlumatına görə, sözügedən qrup əvvəllər Miçiqanda yerləşən tibbi Stryker texnologiya şirkətinə qarşı dağıdıcı kiberhücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü. Bundan əlavə, hakerlər FTB direktoru Kaş Patelə məxsus olduğu iddia edilən oğurlanmış Gmail hesabından köhnə e-poçtları dərc ediblər.
FTB habelə bildirib ki, qruplaşma tez-tez faktiki imkanlarını və hücumlarının miqyasını şişirdir.
NBC-nin məlumatına görə, "Hanzala" çərşənbə günü bildirib:
"Müqavimət Oxunun yüksək rəhbərliyinin təlimatlarına əsasən, hazırda ABŞ ilə açıq qarşıdurmanı təxirə salırıq".
Lakin qruplaşma İsrailə qarşı kiberhücumların davam edəcəyini vurğulayıb