Telegram Rusiyada demək olar ki, tam bloklanıb.
Cümə günü səhər nasazlıqların səviyyəsi 95 faizə çatıb - bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir.
Hazırda Telegram-a təzyiq hətta Signal və WhatsApp-la müqayisədə daha güclüdür.
Təkcə son sutkada messenjerin işi ilə bağlı 2,6 mindən çox şikayət qeydə alınıb. Şikayətlərin böyük hissəsi Moskva, Sankt-Peterburq və regionlardan daxil olub. Bəzən tətbiq hətta VPN ilə də işləmir.
Telegram-ın bloklanmasının gücləndirilməsi Rusiyada yeni repressiyalar dalğası ilə üst-üstə düşüb. Bir gün əvvəl orada “Memorial” qadağan edilib, “Novaya qazeta” redaksiyasında isə axtarışlar aparılıb.