Вернуться назад Распечатать

Trampın komandasında İranla danışıqlar mövzusunda kəskin fikir ayrılığı var

Fox News telekanalı ABŞ prezidenti Donald Trampın komandasında İranla danışıqlar mövzusunda kəskin fikir ayrılığını ifşa edib.

Fonduna Səudiyyə Ərəbistanından 2 milyard dollar vəsait daxil olan Cared Kuşner (Trampın kürəkəni) İrana sülh məqsədləri üçün məhdudiyyətsiz uran zənginləşdirilməsi ilə bağlı gizli təklif irəli sürüb.
Hazırda Pakistana uçan vitse-prezident Cey Di Vens isə zənginləşdirmənin tamamilə dayandırılmasını (sıfır zənginləşdirmə) tələb edir. Eyni komandanın daxilində bu qədər ziddiyyətli mövqelərin olması gələcək razılaşmalar üçün ciddi amil kimi qiymətləndirilir”.