1xeber.media xəbər verir ki, "Strategic Culture (SC)" üçün yazan italyan beynəlxalq münasibətlər üzrə ekspert Lorenzo Maria Paçini bildirib ki, danışıqlarda ABŞ-ın İranın şərtlərinə qismən razılaşması belə Tehran üçün uğurlu olacaq.
"İran rəhbərliyinin çox əlverişsiz bir kompromisə razılaşması ehtimalı azdır", - deyə o bildirib və qeyd edib ki, vəziyyət yaxın günlərdə son dərəcə qeyri-sabit qalacaq və hərbi əməliyyatların yenidən başlaması riski yüksək olacaq.
Ekspert vurğulayıb ki, İran planının şərtlərinə tam razılaşma faktiki olaraq ABŞ və İsrailin güzəştə getməsi demək olacaq.
Əvvəllər ABŞ-İran danışıqlarının Hörmüz boğazı ilə bağlı dayandığı bildirilirdi. "Financial Times" (FT) qəzetinin məlumatına görə, İran boğaza öz nəzarətində və keçən gəmilərdən rüsum almaq hüququnda israr edir və birgə nəzarət üçün hər hansı təklifi rədd edir.