
Jurnalist Razi Abbasbəylinin anası haqqında paylaşdığı yazı duyğusal yükü ilə hər kəsi kövrəldib.
1xeber.media heç bir əlavə şərh vermədən paylaşımı olduğu kimi diqqətinizə çatdırrı:
"O qədər çox istəyirəm ki, dinlərdə deyilənlər doğru olsun. Namaz qılmaq, oruc tutmaq və sair. Həqiqət olsun. Kaş axirət olsun. Özümə görə yox. Anama görə istəyirəm. O qədər səmimidir ki, inancında. Yaddaşını itirsə də, hər gün kəndimizdə Azan oxunanda dəstamazını alar, namazını qılar.
Kaş olsun.
O bir mələkdir.
4 övlad böyüdüb.
Heç vaxt günah etmədiyinə Allah varsa yanında şahidlik edərəm. Kimsənin haqqına girməyib. Kimsədən oğurlamayıb. Kimsəni aldatmayıb. Qatıq düzəldəndə belə, şor hazırlayanda belə inandıqlarının əmrində edib.
Baxçada, bağda, nəvəsinə sevgidə o qədər böyük ürəyi var ki...
O mənim yer üzündə yaşayan mələyimdir.
Səmimi, sadə, hər kəsə yetəcək sevgisi var anamın.
Yaddaşında qısa zaman üçün unutqanlıq yaşayır.
Kaş bilənlər yardım etsə.... ((("