Вернуться назад Распечатать

Özbəkistan generalın bombalanması ilə bağlı Rusiya ilə əlaqə saxlayıb

Özbəkistanın Moskvadakı səfirliyi general-leytenant İqor Kirillovun bombalanması işi ilə bağlı Rusiya ilə əlaqə saxlayır.

1xeber.media xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin Telegram-kanalında deyilir.

Səfirliyin Rusiya hüquq-mühafizə orqanları ilə əlaqə saxladığı qeyd edilir.

Bundan əlavə, terror aktı törətməkdə şübhəli bilinərək saxlanılan Əhməd Qurbanovla bağlı məlumatlara aydınlıq gətirilir.