Вернуться назад Распечатать

ABŞ-ın 15-dən çox hərbi gəmisi İranın blokadasını dəstəkləmək üçün bölgədə yerləşdirilib

“ABŞ-ın 15-dən çox hərbi gəmisi İranın blokadasını dəstəkləmək üçün bölgədə yerləşdirilib”.

1xeber.media xəbər verir ki,“The Wall Street Journal” nəşri bu barədə yüksək vəzifəli amerikalı məmura istinadən məlumat yayıb.
Məlumata görə, həmin qüvvələrin tərkibində aviadaşıyıcı, idarəolunan raketlərlə təchiz olunmuş bir neçə esmines, desant gəmisi və digər hərbi gəmilər yer alır.
Qeyd edilir ki, bu gəmilər desant əməliyyatları üçün helikopterlər buraxa bilir, bəziləri isə eyni zamanda kommersiya gəmilərini müəyyən edilmiş zonalara yönləndirmək və orada saxlamaq imkanına malikdir.