Вернуться назад Распечатать

Bakıda yeni tikilmiş binada partlayış - Fəhlə öldü (VİDEO)

Nəsimi rayonunda yeni tikilmiş binada partlayış olub.

1xeber.media xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib. Bildirilib ki, hadisə 4-cü mikrorayon ərazisində baş verib.

Partlayışın dalğasından tikintidə çalışan fəhlə yüksək mərtəbədən yıxılaraq həyatını itirib.

Hadisənin baş vermə səbəbi araşdırılır.