1xeber.media xəbər verir ki,İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmrlər imzalayıb.
Belə ki, Elşən Cəfərov Nəqliyyat İdarəsinin rəisi vəzifəsindən, Cavanşir Quliyev isə İşlər və Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsindən azad ediliblər.
Sayt əməkdaşı faktın dəqiqləşdirilməsi üçün (012) 599-79-75 nömrəli xüsusi telefon xətti (“Çağrı Mərkəzi”) ilə əlaqə saxlayıb. Çağrı Mərkəzindən hər iki idarə rəisinin işdən çıxdığı təsdiqlənib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) iki idarə rəisi vəzifələrindən azad olunub.