Bir neçə gün əvvəl Sumqayıt şəhərindəki qəbiristanlıqda vəfat edən 1998-ci il təvəllüdlü Ülvi Əlisəfa oğlu Xasayzadə tələbə olub.
1xeber.media xəbər verir ki, o, UNEC-in Qiyabi və Əlavə Təhsil Mərkəzinin III kursunda təhsil alırmış.
Vətən müharibəsi iştirakçısı olan Ü.Xasayzadə Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edib və medallarla təltif olunub.
Aprelin 11-i saat 11 radələrində şəhərin 76-cı məhəllə ərazisində qeydə alınan ölüm faktlı ilə bağlı araşdırmalar Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılır.