Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivs ABŞ-ın aydın bir çıxış planı olmadan bu müharibəyə başlamasından dolayı böyük məyusluq və qəzəb hissi keçirdiyini bildirib.
1xeber.media xəbər verir ki,“The Mirror” nəşrinin məlumatına görə, nazir baş verənləri kəskin tənqid edərək deyib:
“Bu, bizim başlamadığımız bir müharibədir. Bu, bizim istəmədiyimiz bir müharibə idi. Onlar nəyə nail olmaq istədikləri barədə aydın təsəvvürə malik olmadan bu addımı atdılar”.
Rivs qeyd edib ki, bu qərarların nəticəsi olaraq hazırda Hörmüz boğazı blokada şəraitindədir. Bu vəziyyət qlobal iqtisadiyyat və enerji təhlükəsizliyi üçün ciddi mənfi amil kimi dəyərləndirilir.