Вернуться назад Распечатать

ABŞ Yaxın Şərqə 10,000 əlavə hərbi qulluqçu və çox sayda hərbi gəmi göndərir

ABŞ İrana təzyiqi artırmaq məqsədilə Yaxın Şərqə təxminən 10,000 əlavə hərbi qulluqçu və çox sayda hərbi gəmi göndərir.

1xeber.media xəbər verir ki,“WaPo” nəşrinin məlumatına görə, bura aviadaşıyıcılar və dəniz piyada bölmələri daxildir ki, bu da regionda mövcud olan təxminən 50,000 ABŞ hərbi personalının sayını daha da artırır.
Rəsmilər bildirirlər ki, hərbi gücün bu şəkildə artırılması danışıqların uğursuz olacağı təqdirdə ABŞ-a daha geniş seçim imkanları yaradır. Bura mümkün raket zərbələri və ya hətta quru əməliyyatları da daxil olan amildir.