Вернуться назад Распечатать

Karapetyan Rusiya vətəndaşlığından imtina edir

Samvel Karapetyan Ermənistanda parlament seçkilərində iştirak etmək üçün xarici ölkə vətəndaşlıqlarından imtina prosesinə başladığını açıqlayıb.

1xeber.media xəbər verir ki, bu barədə Karapetyan məhkəmənin ilk iclasında çıxışı zamanı məlumat verib.

O bildirib ki, seçkilərdə iştirak edəcəyinə və qələbə qazanacağına inandığı üçün Rusiya və Kipr pasportlarından imtina etmək qərarına gəlib.

Qeyd edək ki, Samvel Karapetyana qarşı Ermənistanda cinayət işi açılıb və o, ev dustaqlığındadır.