Вернуться назад Распечатать

Kamal Kılıcdaroğlunun həbsinin detalları: Türkiyədə nə baş verir?

Türkiyədə iqtidar-müxalifət gərginliyi artmaqda davam edir. Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlunun həbsi bu gərginliyi növbəti dəfə pik həddə çatdırıb.

Xatırladaq ki, Kılıçdaroğlu barəsində məhkəmənin qərarı ilə “prezidenti təhqir etmə” maddəsi üzrə 11 ay 20 gün müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.
Qeyd edək ki, Kılıçdaroğlu barəsində istintaq 2024-cü ildə başlanılıb. O, 10 il öncə - 2014-cü ildə Rəcəb Tayyib Ərdoğan baş nazir olan dövrdə partiya sədri olaraq Mərsində keçirilən mitinq və 2016-cı ildə Ədirnədə etdiyi çıxışlarda səsləndirdiyi ifadələrə görə məsuliyyətə cəlb olunub.
Konfliktoloq Üzeyir Şəfiyev Bakupost.az-a bildirib ki, Kılıçdaroğlunun həbsi ölkədə siyasi gərginliyə ciddi təsir göstərməyəcək. Onun dediyinə görə, yalnız iqtidar-müxalifət münasibətlərində hərarət artacaq:
“Kılıçdaroğlunun həbsi Türkiyədə siyasi hərarəti bir qədər də artıracaq. Bu şəxs ölkənin ana müxalifət partiyasının təmsilçisidir. Hansı ki, Cümhuriyyət Xalq Partiyası təzyiq qrupu kimi böyük imkanlara sahibdir. O baxımdan, bu həbs siyasi hərarəti müəyyən dərəcədə artıra bilər”.
Ekspertin sözlərinə görə, Türkiyədə hər zaman qanunun aliliyi yüksək səviyyədə təmin olunur:
“Türkiyədə qanun hər şeyin fövqündədir. Kılıçdaroğlu Türkiyə Prezidentinə qarşı təhqiramiz ifadələr işlədibsə, qanun qarşısında cavab verməlidir”.
Müsahibimizin bu hadisənin ölkədə daha böyük siyasi gərginliyə, qarşıdurmaya gətirib çıxaracağını düşünmür.