Вернуться назад Распечатать

ADY bu ilin mart ayında 157 min tona yaxın qida sənayesi məhsulları daşıyıb

Azərbaycan Dəmir Yolları QSC (ADY) bu ilin mart ayında 157 min tona yaxın qida sənayesi məhsulları daşıyıb ki, bu da keçən ilin müvafiq dövründən 51% çoxdur.

1xeber.media quruma istinadən xəbər verir ki, analoji məhsulların 2026-cı ilin birinci rübü üzrə daşınması 325 min tona yaxın təşkil edib və ötən ilin eyni dövrünü 9% üstələyib.

Qeyd edək ki, qida sənayesi məhsullarının tranzit daşımaları da bu ilin birinci rübündə 21% (139,7 min ton), mart ayında isə 64% (67,3 min ton) artıb.