Çin Xarici İşlər Nazirliyi ABŞ prezidenti Trampın “trollinq” xarakterli çıxışlarına reaksiya verib.
“İnternetdə dolaşan və Çinin İranla silah tədarükü etməmək barədə Birləşmiş Ştatlarla razılığa gəldiyi iddia edilən şayiələrə son qoymaq istəyirəm. Tam aydın deyim: belə bir təmas olmayıb. Çin İrana silah tədarükünü nə təsdiq edir, nə də təkzib edir.
Bizim təhlükəsizlik sazişlərimiz və müdafiə sahəsindəki əməkdaşlığımız Çinin müstəqil şəkildə qərar verdiyi suveren məsələlərdir. Heç bir xarici ölkənin Çinin daxili işlərinə müdaxilə etmək hüququ yoxdur. Dünya liderləri danışmazdan əvvəl sözlərini diqqətlə ölçüb-biçməlidirlər.
Çin prezident Trampın deeskalasiya və Hörmüz boğazının açılması ilə bağlı qərarını alqışlayır. Biz dialoq vasitəsilə dünya sülhü və regional sabitliyin qorunması işinə sadiq qalırıq” - deyə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Szyakun bildirib.