ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi, istefada olan general Kit Kelloq, İranın "işini bitirməyə" çağırıb ki, gələcəkdə nəvələri bu problemlə məşğul olmaq məcburiyyətində qalmasınlar.
“Bu adamlarla danışıqlar aparmaq mümkün deyil. İndi onların işini bitirin, birdəfəlik son qoyun ki, övladlarınız və nəvələriniz gələcəkdə buna görə narahat olmasınlar” - deyə Kit Kelloq “Fox News” telekanalının efirində bildirib.
Onun fikrincə, İranla gələcək danışıqların uğurla nəticələnəcəyi ehtimalı çox azdır. Kelloq vurğulayıb ki, ABŞ İranın uran ehtiyatlarını saxlamasına və nüvə silahı yaratmasına imkan verməyəcəyinə zəmanət verməlidir.