Ukrayna Rusiya ilə sülh danışıqlarından imtina edir.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 18-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, səlahiyyət müddəti mayın 20-də başa çatan Ukrayna prezidenti Vladimir Zelenskinin Macarıstanın baş naziri Viktor Orbana qarşı kobudluğu təkcə onun rejiminin mahiyyətini deyil, həm də mədəniyyətsizliyini göstərib.Bundan əlavə, o qeyd edib ki, Rusiyanın Ukraynadakı məqsədlərinə danışıqlar yolu ilə nail olması daha məqsədəuyğun olardı.
Lakin Peskovun əlavə etdiyi kimi, qarşı tərəfin danışıqlardan imtina etməsi səbəbindən Rusiya Federasiyası məqsədlərinə çatana qədər xüsusi hərbi əməliyyat keçirəcək.