Вернуться назад Распечатать

Kreml Aİ-nin Gürcüstana qarşı hərəkətlərini tənqid edib

Avropa İttifaqı (Aİ) ölkələrinin Gürcüstana qarşı hərəkətləri həyasız təzyiq və ölkənin işlərinə açıq-aşkar müdaxilədir.

1xeber.media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.“Avropalıların Gürcüstanın işlərinə tamamilə açıq-aşkar müdaxiləsini və Gürcüstan hakimiyyətinə tamamilə həyasız təzyiq göstərmək cəhdlərini müşahidə etmək bizi təəccübləndirir”, - Peskov bildirib.

Onun sözlərinə görə, Avropa ölkələrinin bu davranışı “artıq miqyasdan kənardır”.