Вернуться назад Распечатать

Sahibə Qafarova Matviyenko ilə görüşdü

 Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurası məlumat yayıb.

Bildirilib ki, görüş İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutub.

Rusiya parlamentinin yuxarı palatasının sədri Rusiya-Azərbaycan münasibətlərinin inkişaf üçün böyük potensiala malik olduğunu bildirib:

"Biz Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə sadiqik".