Вернуться назад Распечатать

Bəhreyn və Səudiyyə Ərəbistanından sonra - BƏƏ XİN İraq nümayəndəsini çağırıb

Bəhreyn və Səudiyyə Ərəbistanından sonra - BƏƏ XİN İraq nümayəndəsini çağırıb.

1xeber.media xəbər verir ki,BƏƏ Xarici İşlər Nazirliyi ölkədəki İraq səfirliyinin müvəqqəti işlər vəkili əl-Obaidini çağıraraq, İraq ərazisindən həyata keçirilən hücumlarla bağlı ona etiraz notası təqdim edib.
Nazirlikdə bildirilib: “Bu hücumlar ABŞ-İsrail-İran müharibəsində atəşkəs elan olunmasına baxmayaraq törədilib. Bu hücumlar Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrdə bir sıra həyati vacib obyektlərə qarşı yönəlib ki, bu da onların suverenliyinin və hava məkanının kobud şəkildə pozulması, həmçinin beynəlxalq hüququn açıq şəkildə tapdanması deməkdir”.