Вернуться назад Распечатать

Azərbaycan Ermənistana bu məhsulları satıb – SİYAHI

Cari ilin ilk 3 ayı ərzində Azərbaycandan Ermənistana cəmi 5 milyon 757,48 min ABŞ dolları dəyərində məhsul göndərilib. Bu rəqəm Azərbaycanın ümumi ixrac portfelinin təxminən 0,11%-ini təşkil edir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin yanvar-mart aylarında ixrac portfelinin əsasın enerji daşıyıcıları və sənaye xammalından ibarət olub .

Azərbaycan Qazaxıstan və Rusiyadan Ermənistana göndərilən buğda (təxminən 23 000 ton) və gübrə (700 ton) üçün tranzit marşrutu kimi çıxış edir.

“Yeni Sabah”ın araşdırmasına görə, yanvar və mart aylarını əhatə edən əsas ixrac nomenklaturasına müxtəlif markalı yanacaq məhsulları daxildir:

Aİ-95 markalı avtomobil benzini: Təxminən 2 962 ton

Aİ-92 markalı avtomobil benzini: Təxminən 979 ton.

Dizel yanacağı: Təxminən 956 ton.

Ümumi 5 milyon 757,48 min ABŞ dolları təşkil edən ixrac məbləği rüblər üzrə aşağıdakı bölünüb:

Dövr (2026)             İxracın Dəyəri (dollar)             Əsas Məhsul

Yanvar                      2 403,60 min                          Aİ-95, Aİ-92, Dizel

Fevral                      1 816,70 min                         Neft məhsulları

Mart                         1 537,18 min                           Neft məhsulları

Cəmi (I Rübdə)      5 757,48 min                            Enerji daşıyıcıları

Azərbaycandan Ermənistana ixrac edilən digər məhsullar (qeyri-enerji) isə aşağıdakılardır:

Məhsul qrupu                    Təxmini Dəyər (dollar)                          Xüsusi çəkisi

Sənaye və sürtkü yağları           ~12 000                                                  0.2%

Plastik, kimyəvi mallar             ~5 000                                                    0.1%

Tibbi/Bioloji materiallar           < 500                                                      0.01%

Qeyd: Azərbaycan həmçinin Ermənistana gedən bəzi xarici məhsullar üçün əsas tranzit dəhlizi funksiyasını yerinə yetirir. Yuxarıda sadalanan məhsullar arasında sözügedən malların adı qeyd olunmayıb.