Вернуться назад Распечатать

Azərbaycan ötən il Rusiyaya 837 milyon dollarlıq aqrar məhsullar ixrac edib

2025-ci ilin yekunlarına görə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixrac dəyəri 837 milyon ABŞ dollarını keçib.

1xeber.media xəbər verir ki,report-un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

Onun sözlərinə görə, bunun 696 milyon dollarlıq hissəsi meyvə-tərəvəz olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31 % çoxdur.

"Kənd təsərrüfatı məhsulları qarşılıqlı ticarət dövriyyəsinin strukturunda mühüm yer tutur. Rusiya bazarı Azərbaycanın qeyri-neft ixracının əsas istiqaməti olaraq qalır. Eyni zamanda ötən il Rusiyadan kənd təsərrüfatı məhsullarının idxal dəyəri 832 milyon ABŞ dollarından çox olub", - deyə hökumət rəsmisi əlavə edib.

O, xatırladıb ki, 2025-ci ildə iki ölkə 4,9 milyard ABŞ dolları, bu ilin I rübündə isə 750 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb.