Вернуться назад Распечатать

Sabunçu körpüsündə əsaslı təmir başlayır

Sabunçu körpüsünün asfalt hissəsinin çökməsinin səbəbi açıqlanıb.

Azərbaycan  Dəmir Yolları” QSC-dən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidəki yolun bir hissəsinin çökməsinə sonuncu güclü yağıntılar zamanı tunelin çıxışındakı kanalizasiya quyusunun daşması səbəb olub.

“Aidiyyəti qurumlarla birgə tunel ərazisində əsaslı təmir işləri aparıldıqdan sonra yolun bərpasına başlanılacaq”, - qurumdan qeyd olunub.

Qeyd edək ki, Sabunçu körpüsünün alt hissəsində asfaltın bəzi yerlərində çökmələr və dərin çatlar əmələ gəlib. Bu vəziyyət nəqliyyat vasitələrinin hərəkəti üçün potensial təhlükə yaradır və sürücülər arasında narahatlığa səbəb olub.

Xatırladaq ki, bu körpü ADY-nin balansındadır.