Вернуться назад Распечатать

Şahin Mustafayev Overçukla görüşəcək

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev rusiyalı həmkarı Aleksey Overçukla görüşəcək. 

1xeber.media  TASS-a istinadən xəbər verir ki, bu barədə Overçuk Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasında çıxışı zamanı bildirib. 

“Artıq həm Kazan Forumu, həm Rusiya-İslam dünyası Beynəlxalq İqtisadi Forumu, həm də iki aydan sonra keçiriləcək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı görüşlərin keçirilməsi planlaşdırılıb”, - o deyib. 

Rusiya Baş nazirinin müavini bu cür təmasların önəmini vurğulayıb, onların ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.