Вернуться назад Распечатать

Dövlət Gömrük Komitəsi Ermənistandan mal idxalını şərh edib

Dövlət Gömrük Komitəsi Azərbaycanın ötən ay Ermənistandan 960 ABŞ dolları dəyərində mal idxal etməsini  şərh edib.

Komitədən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, həmin mal əslində Niderlanddan gətirilmiş qızılgül olub.

"Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası"nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızıl güllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb", - deyə komitə bəyan edib.

Bu o deməkdir ki, Azərbaycana gül məhsulları Niderlanddan gətirilib, sadəcə bu məhsul Ermənistan mənşəli olduğu üçün ölkənin xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal olunan məhsul kimi qeyd olunub.