Вернуться назад Распечатать

Livan Prezidenti Netanyahu ilə danışıqlardan imtina edib

Livan Prezidenti Cozef Aun İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlardan imtina edib.

1xeber.media xəbər verir ki, bu barədə "Ynet" portalı Livanın "LBCI" portalına istinadən məlumat yayıb.

17:17

Livan Prezidenti Cozef Aun və ABŞ dövlət katibi Marko Rubio telefon danışığı zamanı Livanda atəşkəsə nail olunması səylərini müzakirə ediblər.

1xeber.media xəbər verir ki, bu barədə Livan Prezident Administrasiyasının "X" hesabında bildirilib.

"Cozef Aun atəşkəs səylərinə və bütün səviyyələrdə göstərilən dəstəyə görə Vaşinqtona minnətdarlığını bildirib", - məlumatda qeyd olunub.

Rubio atəşkəs səylərinin davam etdirildiyini təsdiqləyib və bunun Livanda sülh, təhlükəsizlik və sabitliyin bərqərar olunmasına doğru addım kimi qiymətləndirib. O, Prezident Aunun mövqeyinin dəstəkləndiyini və yüksək qiymətləndirildiyini bildirib.