İsrail İran əleyhinə nüvə silahından istifadə edəcəyi təqdirdə, Pakistan nüvə cavabı variantını istisna etmirdi - bunu İranın ali rəhbərinin baş hərbi müşaviri Möhsün Rzai iddia edib.
Onun sözlərinə görə, 2025-ci ilin iyununda, İsrailin İranın hərbi və nüvə obyektlərinə zərbələri fonunda İslamabad eskalasiya baş verəcəyi halda İsrailə nüvə zərbəsi ilə cavab verməyə hazır olduğu barədə siqnal ötürüb.
O, həmçinin qeyd edib ki, həmin dövrdə bir sıra ərəb ölkələri Tehrana dəstək ifadə edirdi.