İranda 48 gündən sonra internet tədricən bərpa olunmağa başlayır.
1xeber.media xəbər verir ki, bu barədə AFP müxbiri Ramin Xanizadə özünün X səhifəsində məlumat yayıb.
“İranda 48 gündən çoxdur ki, internet tamamilə kəsilib. Hazırda məhdud giriş bərpa olunmağa başlayır və istifadəçilər artıq Quql axtarışdan yenidən istifadə edə bilirlər”, - Xanizadə qeyd edib.
Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hərbi əməliyyatından sonra ölkədə internet tamamilə kəsilmişdi.