Вернуться назад Распечатать

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

1xeber.media xəbər verir ki, aprelin 17-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava müşahidə olunacaq.

Proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Belə ki, yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.