Вернуться назад Распечатать

"Dünyanın ən çox təhqir olunan insanıyam"

Sasseks hersoginyası, Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl özünü dünyanın ən çox təhqir olunan insanı adlandırıb.

1xeber.media BBC-yə istinadən xəbər verir ki, Meqan Markl Şahzadə Harri ilə birlikdə Avstraliyaya səfəri zamanı sosial medianın zərərləri ilə bağlı keçirilən konfransda çıxış edib. Sasseks hersoginyası bildirib ki, on il ərzində hər gün zorakılığa məruz qalıb.

O, əlavə edib ki, texnologiya şirkətlərinin kiberhücumları dayandırmaq üçün "heç bir stimulu" yoxdur. Bu səbəbdən Meqan Markl Avstraliya hökumətinin 16 yaşdan kiçiklər üçün sosial media istifadəsinə qoyulan qadağanı dəstəkləyib.