ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter Kaliforniyada 20 milyon dollardan çox borcu olan kreditorlardan gizlənir.
1xeber.media xəbər verir ki, bu barədə "New York Post" (NYP) qəzeti mənbələrə istinadən yazıb.
H.Bayden hazırda həyat yoldaşı Melissa Koenin vətəni olan Cənubi Afrikada yaşayır. Lakin mənbələr onun əslində Los-Ancelesdən şimala iki saatlıq məsafədə yerləşən Santa Ynezdə 8000 akr (3200 hektardan çox) ərazidə "dəbdəbəli bir mülkdə" olduğunu bildirir.
Bayden ailəsinə yaxın bir mənbə bildirib ki, "O, hər kəsə Cənubi Afrikada yaşadığını deyir, çünki pulu yoxdur, amma bu, onun müflis olduğunu və xərclərini ödəyə bilmədiyini göstərmək üçün bir hiylədir".
9 apreldə Britaniyanın "Daily Mail" qəzeti də Hunter Baydenin 17 milyon dollar borcu ilə xaricdə yaşaması barədə məlumat yayıb. Vəkil Barri Koburn qeyd edib ki, Hanter hazırda xaricdə yaşayır və hazırkı hüquqi xərclərini ödəyə bilmir. Vəkil vəziyyətlə bağlı ətraflı şərh verməkdən və ya keçmiş ABŞ liderinin oğlunun iqamətgahının dəqiq yerini açıqlamaqdan imtina edib.