Yeni gen redaktə terapiyası bəzi irsi qan xəstəliklərinin müalicəsində mühüm nəticələr verib.
1xeber.media “China Daily” gündəlik qəzetinə istinadla xəbər verir ki, bu barədə arşdırma “Nature” jurnalında dərc olunub. Tədqiqata əsasən, Çin alimləri tərəfindən hazırlanmış “CS-101” terapiyası beta-talassemiya xəstələrində uğurla tətbiq edilib və onları qan köçürülməsi asılılığından azad edib.
Bildirilib ki, klinik sınaqlarda iştirak edən xəstələrdə qan hüceyrələrinin bərpası sürətlə baş verib və stabil nəticələr əldə olunub. Qeyd edilib ki, bu yanaşma DNT-də kəsiklər yaratmadan genetik dəyişiklikləri dəqiq şəkildə həyata keçirən yeni texnologiyaya əsaslanır.
Mütəxəssislər hesab edirlər ki, bu üsul gələcəkdə digər genetik qan xəstəliklərinin müalicəsi üçün də geniş imkanlar aça bilər.