İtaliyanın baş naziri Giorgia Meloni və Albaniyanın baş naziri Edi Rama Romada görüşüblər.
1xeber.media xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlıq, müdafiə və qanunsuz miqrasiya ilə mübarizə sahələri müzakirə olunub.
Meloni Ramanı Baş nazirin rəsmi iqamətgahı olan Çigi Sarayının həyətində rəsmi mərasimlə qarşılayıb.
Qarşılama mərasimində Rama yenidən Meloni qarşısında diz çökərək salamlaşıb. Onun bu hərəkəti yenidən diqqət çəkib.