Вернуться назад Распечатать

"Qiymətlərdə kəskin şəkildə artım gözlənilir" - İcraçı direktor

Əgər Hörmüz boğazı açılmasa, qiymətlərdə kəskin artım gözlənilir.

1xeber.media xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol "Associated Press"ə açıqlayıb. 

Onun sözlərinə görə, İran müharibəsi səbəbindən neft təchizatının dayandırılması halında uçuşlar tezliklə ləğv oluna bilər.

Birol Hörmüz boğazından neft, qaz və digər həyati əhəmiyyətli təchizatın kəsilməsindən danışarkən deyib: "Bu, indiyə qədər üzləşdiyimiz ən böyük enerji böhranıdır. Ən çox əziyyət çəkən ölkələr səsi çox eşidilən ölkələr olmayacaq. Əsasən inkişaf etməkdə olan ölkələr, Asiya, Afrika və Latın Amerikasındakı daha kasıb ölkələr olacaq".