"Bəzi dünya liderlərində insan vicdanı yoxa çıxıb".
1xeber.media xəbər verir ki, bu barədə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian X hesabında yazıb.
Onun sözlərinə görə, İranda, İraqda və Suriyada alimlər qətlə yetirilir, Minabda uşaqlar öldürülür6 "Keçən il Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında İslam, Xristianlıq, Yəhudilik və insan vicdanının qızıl qaydasına qayıtmağa çağırdım: Özünə etmədiyini başqalarına da etmə. Bu, sionist rejimi tərəfindən açıq şəkildə pozulan universal prinsipdir".
Pezeşkian digərlərinin nüvə silahına sahib olduğu halda İranın dinc nüvə proqramına görə bir millətə qarşı müharibə aparılmasını sorğulayıb.