Ruslar bloklanmış Telegram-a alternativ axtararaq Cənubi Koreya mesajlaşma tətbiqi KakaoTalk-da kütləvi qeydiyyatdan keçməyə başlayıblar.
1xeber.media xəbər verir ki, Kakao Korporasiyası Rusiyadan olan istifadəçilərin sayında kəskin artım olduğunu etiraf etsə də, dəqiq rəqəmləri açıqlamayıb.
Xidmət xarici istifadəçilərin messencerdə xarici IP ünvanlarından istifadə edərək qeydiyyatdan keçməyə başladığını təsdiqləyib. "Rusiyadan olan istifadəçilərin sayının artdığını təsdiqləyə bilərik. Rəqəmləri açıqlamasaq da, kəskin artım müşahidə edirik", - KakaoTalk-ın PR meneceri Li Sonq-tae bildirib.
KakaoTalk həmçinin rusiyalı istifadəçi aktivliyindəki dəyişikliyi Telegram-ın bloklanması ilə bağlı vəziyyətlə əlaqələndirib.
Forbes əvvəllər Rusiyada Telegram-a qoyulan məhdudiyyətlərin yumşaldıla biləcəyini bildirmişdi.