Вернуться назад Распечатать

"Azərbaycan tərəfi bu ərazidə müdafiəni yarıb" - Ohanyan

"44 günlük müharibədə məğlubiyyətə görə generalları deyil, qoşunları səfərbər edə və idarə edə bilməyən, cəbhə xəttinin cənub hissəsinin müdafiəsini təşkil edə bilməyən Ermənistanın siyasi rəhbərliyini günahlandırmaq lazımdır". 

1xeber.media xəbər verir ki, bunu Ermənistan Parlamentinin "Hayastan" müxalifət fraksiyasının rəhbəri Seyran Ohanyan deyib. 

O qeyd edib ki, müharibə zamanı qərarlar şəxsən Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan tərəfindən təsdiqlənib: "Azərbaycan tərəfi hərbi əməliyyatların birbaşa Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən idarə olunduğu və əlaqələndirildiyi ərazidə müdafiəni yarıb".