Вернуться назад Распечатать

Hikmət Hacıyev: Regional sahiblik strateji zərurət və məsuliyyətdir

Artan qütbləşmə və beynəlxalq münasibətlərdə inamın azaldığı bir dövrdə regional sahiblik strateji zərurətə və məsuliyyətə çevrilib.

1xeber.media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial media hesabında paylaşım edib.

Antalya Diplomatiya Forumunda "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda çıxış etdiyini bildirən Hikmət Hacıyev qeyd edib ki, bu konsepsiya həm də regional liderliyi, inklüzivliyi və ortaq məsuliyyəti ehtiva edir:

"Azərbaycan ilk gündən regional sahibliyin qətiyyətli tərəfdarı olub. Regional təhlükəsizliyin təməl daşı olan Azərbaycan-Türkiyə tərəfdaşlığından tutmuş, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə kimi genişləndirilmiş formatlara və qonşu regionlarla daha geniş əlaqələrə qədər bütün bu səylər institusionallaşmış regional əməkdaşlığın sabitlik və rifahı necə təmin edə biləcəyini əks etdirir".