Вернуться назад Распечатать

Faciəvi hadisədən sonra bu serialların ssenariləri dəyişir

Türkiyənin məşhur serialları - “Yeraltı”, “Eşref Rüya”, “A.B.İ” və “Taşacak bu deniz”in ssenariləri dəyişir.

1xeber.media xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, bu qərar aprelin 15-i Kahramanmaraşda məktəblərin birində 10 nəfərin ölümü ilə nəticələnən silahlı hücuma görə verilib.

Belə ki, sözügedən faciəvi hadisə cəmiyyətdə böyük rezonans doğurduğu üçün seriallardakı zorakılıq səhnələri yenidən müzakirə mövzusuna çevrilib. Nəticədə, silah və şiddət məzmunlu hissələrin layihələrdə azaldılması nəzərdə tutulub. Həmçinin bu seriallara reklam sponsoru olan şirkətlərin də əməkdaşlıqları dayandırmaqla bağlı addımlar atacağı gözlənilir.

Qeyd edək ki, ötən günlər həmin hadisəyə görə “Yeraltı”, “Eşref Rüya”, “Sevdiğim sensin”, “Delikanlı” serialları yayımlanmayıb.

Xatırladaq ki, 14 yaşlı İsa Aras Mersinlinin Kahramanmaraş şəhərində təhsil aldığı məktəbdə törətdiyi silahlı insident nəticəsində biri müəllim, 9-u şagird olmaqla 10 nəfər ölüb.