Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
1xeber.media xəbər verir ki, imtahan iştirakçıları arasında 2 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Onlar Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənli və Bakı şəhəri, 289 saylı orta məktəbin (“Zəngi” liseyi) məzunu Muhammedali Əhməd oğlu Qurbanovdur.