Вернуться назад Распечатать

ABŞ şirkətlərinin Azərbaycandakı layihələrdə iştirakı müzakirə olunub

ABŞ şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməsi barədə müzakirələr aparılıb.

1xeber.media  xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri xanım Rebekka Neff və ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin Avropa və Avrasiya üzrə ölkə meneceri xanım Sara Leminqin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşdə Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və iqtisadi əlaqələrin gücləndirilməsi üçün yaranmış səmərəli mühiti vurğuladıq. Enerji dəhlizləri, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP), Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadi və kommersiya sütunları, eləcə də ölkəmizdə həyata keçirilən infrastruktur, nəqliyyat, rəqəmsallaşma, süni intellekt və digər prioritet sahələr üzrə layihələrdə ABŞ şirkətlərinin iştirak imkanları barədə müzakirələr apardıq", - deyə o qeyd edib.