Belarus Prezidenti Aleksandr Lukaşenko ehtiyat zabitləri hərbi xidmətə çağırıb.
1xeber.media xəbər verir ki, Müvafiq fərman "Birincilərin Hovuzu" Telegram kanalında dərc edilib.
"2026-cı ildə ehtiyat zabitlər arasından 27 yaşına çatmamış kişi Belarus vətəndaşlarının silahlı qüvvələrə və sərhəd xidməti orqanlarına çağırılması planlaşdırılır", - deyə fərmanda bildirilir.
Qeyd olunur ki, fərmanda nəzərdə tutulan çağırış tədbirləri hər il planlı şəkildə həyata keçirilir.
Əvvəllər Lukaşenko bildirib ki, ABŞ Belarusun demokratiyaya yanaşmasından dərs çıxarmalıdır. O, həmçinin qeyd edib ki, Vaşinqtonun İsrailin Qəzza zolağına zərbə endirməsini təşviq etməsi də ABŞ-da insan haqlarının olmamasını göstərir.