Вернуться назад Распечатать

Tramp İsrailin Livanı bombalamasını qadağan etdi

ABŞ prezidenti Donald Tramp İsrailin Livana raket zərbələri endirməsini qadağan etdiyini açıqladı.

1xeber.media xəbər verir ki, o, bu barədə özünün Truth Social səhifəsində açıqlama verib.

"İsrail artıq Livanı bombalamayacaq. ABŞ onlara bunu etməyi qadağan edib. Artıq kifayətdir!", - deyə paylaşımda bildirilir.

Eyni zamanda, Ağ Ev rəhbəri ABŞ-ın şiə hərəkatı Hizbullahla bağlı məsələni həll etmək üçün Livanla işləməyə davam edəcəyini qeyd edib.

Ayrı bir paylaşımda Tramp həmçinin heç bir razılaşma əldə olunmadığını, lakin ABŞ-ın "Livanı yenidən böyük etmək" niyyətində olduğunu vurğulayıb.

Bir müddət əvvəl ABŞ prezidenti Livandakı münaqişənin onuncu müharibəyə çevrilə biləcəyini bildirib. "Dünyada doqquz müharibəyə son qoymaqdan şərəf duyuram və bu, onuncu müharibə olacaq, ona görə də gəlin bunu edək!", - deyə o yazıb.