İran ABŞ ilə danışıqlarda hər şeyə razı olacaq.
1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu NewsNation-a verdiyi müsahibədə bildirib.
Ona Ağ Evin Tehranla razılaşmaları barədə sual verilib. "Onlar [İran nümayəndələri] hər şeyə razılaşıblar", - deyə Tramp cavab verib.
Bir müddət əvvəl Ağ Ev Vaşinqtonun bu həftə sonu İranla münaqişəni həll etmək üçün yekun razılığa gəlməyi planlaşdırdığını açıqlayıb. Mənbələr Axios-a bildiriblər ki, danışıqlarda əhəmiyyətli irəliləyişlərə baxmayaraq, ABŞ və İran arasında bir sıra əsas məsələlərdə fikir ayrılıqları qalmaqdadır.
Tramp daha sonra bildirib ki, İranla razılaşma əldə olunarsa, Pakistanın paytaxtı İslamabada gedib-gəlməyəcəyinə hələ qərar verməyib. Şəhərdə ABŞ və İran arasında danışıqlar mərhələləri keçirilib.