Вернуться назад Распечатать

Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel ilə görüşüb.

1xeber.media xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" hesabında paylaşılıb.

Görüş Antalyada Diplomatiya Forumu çərçivəsində baş tutub.

Tərəflər ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, siyasi dialoqun genişləndirilməsini, iqtisadi, ticarət və enerji sahələrində əməkdaşlığın gücləndirilməsini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

Bundan əlavə, Portuqaliyanın Azərbaycanda səfirliyinin açılması vasitəsilə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları da nəzərdən keçirilib.