Вернуться назад Распечатать

General Müşfiq Məmmədovun işdən çıxma səbəbi bilindi - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov təqaüdə göndərilib.

1xeber.media xəbər verir ki, general səhhətində yaranan vəziyyətlə əlaqədar öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb.

***

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.

1xeber.media "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb.

İki il baş idarəyə rəhbərlik etmiş general Məmmədov təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Müşfiq Məmmədov daha əvvəl uzun müddət Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub.