Hindistanın Mumbay şəhəri sahillərində Ərəbistan dənizində bərə və sürətli qayığın toqquşması nəticəsində azı 13 nəfər ölüb, onlarla insan yaralanıb.
1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Maharaştranın Baş naziri Devendra Fadnavis məlumat verib.
Bərə və qayığın göyərtəsində neçə nəfərin olduğu açıqlanmasa da, 100-dən çox insanın xilas edildiyi bildirilir.
Fadnavisin sözlərinə görə, “Nilkamal” bərəsi Mumbay yaxınlığındakı məşhur turistik yer olan “Elephanta” adasına doğru hərəkət edərkən, Hərbi Dəniz Qüvvələrinin sürətli qayığı onu vurub.