Вернуться назад Распечатать

Moldova mediası: Dünya şəhərlərinin gələcəyi Bakıda müəyyənləşəcək

Moldovanın nüfuzlu noi.md xəbər portalında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə bağlı məqalə dərc edilib.

1xeber.media xəbər verir ki, məqalədə mayın 17-22-də Bakının şəhərsalmanın qlobal mərkəzinə çevriləcəyi qeyd olunub.

“Burada BMT-nin qlobal təqvimində ən böyük tədbirlərdən biri olan WUF13 keçiriləcək. Moldovanın həmin forumda ölkə şəhərlərinin merlərinin də daxil olduğu nümayəndə heyəti ilə təmsil olunması gözlənilir. Azərbaycan COP29-da eko-diplomatiyada irəliləyiş əldə etdi. May ayında Azərbaycanın paytaxtı şəhərlərin gələcəyi ilə bağlı müzakirələr və təkliflər meydanına çevriləcək, mənzillərin əlçatanlığı və davamlı şəhər infrastrukturunun inkişafı kimi əsas mövzulara diqqət yetiriləcək”, - deyə məqalədə vurğulanıb.

Qeyd edilib ki, COP29 təcrübəsi Azərbaycanın ən yüksək səviyyədə beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmək qabiliyyətini nümayiş etdirib: “Bakıda keçirilən COP29 beynəlxalq iqlim diplomatiyası tarixində bir mərhələ oldu. WUF13-ə bu təcrübənin böyük təsiri olacaq”.

Həmçinin bildirilib ki, WUF13 dövrümüzün ən əhəmiyyətli problemlərindən birini həll etməyə yönəlmiş təcrübə və təkliflər mübadiləsi üçün unikal platformanı təmin edəcək.